İki gün öncə Bakıda sahibkarın körpüyə çıxaraq intihara cəhd etməsi körpülərin mühafizəsi məsələsini gündəmə gətirdi.
Xatırlayırsınızsa keçən il Koroğlu metrosu yaxınlığında yerləşən körpüdə bir neçə defe bu intihara cəhd halı baş vermişdi.İntihara cəhd edənlərin qarşını almaq üçün oraya mühafizə polisi cəlb edilmişdi...
Yeni Müsavat”ın müxbiri bu gün “intihar körpüsündə” mühafizənin necə təşkil olunduğunu öyrənmək üçün həmin ərazidə olub.Körpünün altında və yuxarı hissəsində mühafizə polisinə məxsus avtomobillər dayansa, da orada heç bir polis əməkdaşı gözə dəymir. Ətrafdakıların dediyinə görə, əvvəllər burada silsilə intiharların olduğu vaxtda mühafizə daha güclü idi. Lakin indi bu məsələ gündəmdən çıxdığı üçün mühafizə də zəifləyib.
"Yeni Müsavat " qəzetinin əməkdaşı da mühafizənin olub-olmadığını yoxlamaq üçün 'intihara cəhd etdi'.Körpünün üzərindəki 20 metr uzunluğunda dəmir sütunların üzərinə dırmandı. Bu addım yoldan keçən sürücülərin diqqətini alsa da ""mühafizə polislərinin "" ruhu da duymayıb.
Qeyd: Əslində biz fəxr etməliyik ki, bizim belə profesional qəzet və qəzet müxbirləri miz var.Onlar xalqı sevdiyi və gündəmdə olmayan sadəcə bəzi ""dövlət məmurlarının" məsuliyyətsiz iş rejimi ucbatından belə mövzuları işıqlandırır və həyatlarını təhlükə altına atırlar. Əslində deyə bilərsiz ki ağlı olan atmasın amma anlamaq lazimdi ki,bəzi insanlar var bu həyatdan çox zərbə alıblar və belə bir addım onlar üçün heç bir şeydir.


No comments :
Post a Comment