Tokio Şimali Koreaya tərəfindən yeni peykin buraxılmasını ballistik raketlərin sınağı üçün bəhanə hesab edir....
"Yaponiyanın müdafiə qüvvələri buraxılan raket ölkə üçün təhlükəyə səbəb olacaqsa, dərhal onu zərərsizləşdirəcək", - Yaponiya hökumətinin açıqlamasında bildirilir.
Pxenyan kosmosa yeni peyk buraxacağı ilə bağlı planı bir həftə əvvəl açıqlamışdı. Bu isə dünya ictimaiyyətinin etirazlarına səbəb olmuşdu.
Cənubi Koreya şimal qonşuları ziddiyyətli planı həyata keçirəcəyi təqdirdə, bunun onlar üçün “baha başa gələcəyini” bildirib.
Dünya ölkələri Şimali Koreyanın bununla, əslində, ballistik raketi sınaqdan keçirməyə çalışdığını qeyd ediblər. Şimali Koreya isə planda dəyişiklik etmək niyyətlərinin olmadıqlaırnı da bildirib.
Pxenyanın bu planına qarşı Yaponiyanın müdafiə nazirliyindən də xəbərdarlıq gəlib. Nazirlik bildirib ki, ölkə ərazisinə düşmə təhlükəsi olan istənilən obyekt məhv ediləcək
Şimali Koreya yanvar ayının 6-sında keçirdiyi hidrogen bombası sınağı ilə beynəlxalq ictimaiyyətin təndiq hədəfinə çevrilmişdi.

No comments :
Post a Comment